Gülər: Türk əsgərlərinin Suriyadan çıxışı şərtlərə bağlıdır

Tarix: 19:03 04.06.2025
Türkiyənin müdafiə naziri Yaşar Gülər Reuters agentliyinə verdiyi açıqlamada, Suriyadakı türk əsgərlərinin vəziyyətinə toxunub. O bildirib ki, “Türkiyə Suriyadakı hərbi mövcudluğunu yalnız terror təhlükəsi tamamilə aradan qaldırıldıqda, sərhəd təhlükəsizliyi təmin edildikdə və miqrantlar salamat şəkildə geri döndükdə yenidən qiymətləndirəcək”.
Nazir əlavə edib ki, Türkiyə hazırda Suriyada hərbi təlim və məsləhətlər verir, müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstək olur. Gülər, İsraillə gərginliyin azaldılması üçün texniki danışıqların davam etdiyini də qeyd edib. Lakin “Gərginliyin azaldılması normallaşma anlamına gəlmir”, – deyə vurğulayıb.
Haber Global
Mahmudlu Ləman