Ermənistan 2024-cü ildə KTMT-yə üzvlük haqqını ödəməyib

Bölmə: Siyasət › ,
Tarix: 16:39 05.06.2025

Ermənistan 2024-cü ildə iştirakının dondurulması səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqını ödəməyib.

 

“İnformator.az”  TASS-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı bildirib.

 

"Sualınızı gözləyərək deyəcəyəm ki, Ermənistan bu təşkilata üzvlüyünün dondurulması səbəbindən KTMT-yə üzvlük haqqını ödəməyib", - o qeyd edib.

 

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan KTMT-də iştirakını dondurub, çünki təşkilat guya respublikanın suverenliyinə təhdidlər yaradır. 

 

Ötən ilin dekabrında o, Ermənistanla KTMT arasında münasibətlərin geri dönüş nöqtəsini keçdiyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, bu addım Ermənistanın təhlükəsizliyini gücləndirmir, İrəvanın təşkilatda tam işinə qayıtması isə vaxt aparacaq.