Etirazçıların Qəzzaya doğru səfəri:-“Hökumətlər hərəkətsiz qalıb”

Tarix: 21:32 06.06.2025
Azadlıq Donanması Koalisiyasının təşkilatçılığı ilə ötən gün Siciliyadan yola çıxan qayıq Qəzzaya doğru səyahətinə davam edir.
Qayıqda yardım ləvazimatları ilə birlikdə 12 nəfər var. Onların arasında Greta Thunberg, irland aktyor Liam Cunningham, Avropa Parlamentinin üzvü Rima Hassan və iki türk əsilli fəal var. Türk əsilli könüllülərdən biri Şuayb Ordu, digəri Almaniya vətəndaşı Yasemin Acardır. Bildirilib ki, qayıq sonuncu dəfə Krit sahillərində, Yunanıstan ərazi sularının yaxınlığında görünüb və irəliləməyə davam edir.
Heç bir maneə olmasa, 2000 kilometrlik yolun yeddi gün çəkəcəyi gözlənilir. Qayığa Qəzzanın ilk və yeganə qadın balıqçısının şərəfinə "Madleen" adı verilib. İsrail Ordusu ötən gün yaydığı bəyanatda "ölkənin ərazi sularını qorumağa hazır olduğunu" bildirib.
Ordu sözçüsü briqada generalı Effie Defrin deyib: “Bizim donanmamız İsrailin ərazi sularını və dəniz sərhədlərini qorumaq üçün gecə-gündüz növbətçilik edir”.
BBC NEWS
Səmayə Səftərova