Şamaxı və Xızıda zəlzələ olub-Xəsarət alan var?

Tarix: 17:19 05.06.2025
Şamaxı və Xızıda zəlzələ qeydə alınıb.
Bu barədə "İnformator.az"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla 16:02-də qeydə alınan zəlzələnin maqnitudası 3.7, dərinliyi 7 km olub. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Yerli vaxtda 16:04-də qeydə alınan ikinci təkanın isə maqnitudası 3.1, dərinliyi 4 km olub.
Zəlzələ hiss olunmayıb.
***
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.