Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb

Bölmə: Hadisə › ,
Tarix: 10:27 06.06.2025

Türkiyənin Konya vilayətinin Ereğli rayonu ərazisində baş verən avtobus qəzasında bir nəfər həyatını itirib, 10-u ağır olmaqla 26 nəfər xəsarət alıb.

 

"İnformator.az" bu barədə Türkiyə KİV-ə istinadən məlumat verib.

 

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerində polisin araşdırma apardığı qeyd olunur.