Çinin ABŞ və Rusiya ilə ticarət dövriyyəsi açıqlanıb

Tarix: 10:37 09.06.2025
Çin-ABŞ ticarət həcmi yanvar-may aylarında 9,1% azalaraq 239,7 milyard dollar olub.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
"Eyni zamanda, Rusiya ilə Çin arasında da ticarət dövriyyəsi azalıb. Yanvar-may aylarında Rusiya-Çin ticarət dövriyyəsi 8,2% azalaraq 88,8 milyard dollar təşkil edib", - məlumatda deyilib.