Millimiz finalda! -Yenilənib

Bölmə: İdman › ,
Tarix: 21:38 08.06.2025

3x3 basketbol üzrə qadın millimiz Avropa Kubokunun (2025) təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22-10 hesabı ilə qalib gəlib.

 

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bununla da qızlardan ibarət yığmamız yarımfinalda Maltaya rəqib olub.

 

Yarımfinal oyunu 8 iyun Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq və FIBA-nın rəsmi yutub kanalından canlı yayımlacaq.

 

3x3 basketbol üzrə qadın millimiz Avropa Kubokunun (2025) təsnifat mərhələsinin yarımfinal oyununda Malta seçməsinə 21-11 hesabı ilə qalib gəlib və finalda Kipr millisinə rəqib olub. Final oyunu Bakı vaxtı ilə saat 22:15-da baş tutacaq və FIBA-nın rəsmi yutub kanalından canlı yayımlacaq.