Yer dar oldu, 8 min məhbus azadlığa buraxıldı

Bölmə: Maraqlı › ,
Tarix: 10:50 23.02.2016

Nikaraquada 8 mindən çox məhbus dolmuş həbsxanaların boşaldılması məqsədi ilə azadlığa buraxılıb.

Bu barədə "Frans Press" məlumat yayıb.

Məlumata görə, 5 ilədək həbs müddəti olan 8 min 149 dustaq azadlığa buraxılıb. Bundan əlavə, 94 əcnəbi cəzasının qalan hissəsini öz vətənində çəkmək üçün ölkədən göndərilib.

Vaxtından tez azad edilmə prosesi 2014-cü ildən başlayıb və bu günə qədər davam edib. Hazırda Nikaraqua həbsxanalarında nə qədər dustağın olduğu açıqlanmır. Bununla belə, ötən il ölkənin penitensiar müəssisələrində 10,5 min dustağın olduğu bildirilir ki, bu da Nikaraqua həbsxanalarının  tutumundan iki dəfə çoxdur.