Ağdaşda toyda qonağı döyən müğənni saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 13:02 12.06.2025

"İnformator.az" "Oxu.az"a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki "Ağ saray" restoranında baş verib.

 

Toyda iştirakçı olan Namiq Hüseynov mahnı sifarişi üstündə müğənni Tural Hüseynovla mübahisə edib.

Mübahisə nəticəsində N.Hüseynov müğənnini söyüb və restoranda dava düşüb. Nəticədə müğənni Tural Hüseynov və onun qardaşı, ansamblın üzvü Orxan Hüseynov Namiq Hüseynovu döyüblər.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, müğənni və qardaşı saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.