Şuayb Ordu və Yasemin Açar İsraildən deportasiya edilib

Bölmə: Hadisə › ,
Tarix: 21:00 12.06.2025

İsrail Qəzza zolağına humanitar yardım çatdırmaq istəyərkən ələ keçirilən “Madleen” adlı yelkənli gəmidə olan türk əsilli iki fəalı deportasiya edib.

 

Cümə axşamı günü deportasiya edilən 6 nəfər arasında Şuayb Ordu və Yasemin Acar da var. İsrailin insan haqları təşkilatı Adalah bildirib ki, qrup "72 saatdan çox saxlanıldıqdan sonra" Ben Qurion hava limanına köçürülüb. Qalan iki fəalın cümə günü deportasiya ediləcəyi gözlənilib.


Adalah təşkilatı daha iki fransalının Givon həbsxanasında deportasiyasını gözləyənlərin olduğunu bildirib. Türkiyə Xarici İşlər Nazirliyi Şuayb Ordunun cümə axşamı azad ediləcəyini açıqlayıb. Fransa Xarici İşlər Nazirliyi yelkənli qayıqda olan beş vətəndaşının deportasiya sənədlərini imzalamaqdan imtina etdiyini açıqlayıb. Beynəlxalq sularda ələ keçirilən yelkənli qayıqda olan Qreta Tunberq ilk deportasiya edilənlər arasında olub.


BBC news

Aysel Mirzəyeva