Azərbaycanın qadınlardan ibarət millisi FIFA reytinqində irəliləyib

Tarix: 15:38 12.06.2025
Azərbaycanın qadınlardan ibarət futbol millisi FIFA reytinqində irəliləyib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, iyun ayı üçün açıqlanan siyahıda 1 pillə irəliləyən komanda 1303,32 xalla 74-cü yerə yüksəlib.
Qeyd edək ki, növbəti reytinq cədvəli avqustun 7-də açıqlanacaq.