"Qızıl top" mükafatına namizədlərin adlarının açıqlanacağı tarix açıqlanıb

Bölmə: İdman › ,
Tarix: 21:09 12.06.2025

2025-ci ildə "Qızıl Top" mükafatına namizədlərin adları avqustun 7-də açıqlanacaq.

 

"İnformator.az" bu barədə "Qızıl Top" mükafatının sosial şəbəkə hesablarına istinadla xəbər verir. Bildirilir ki, mükafatlandırma mərasimi sentyabrın 22-də Parisdəki Şatle teatrında keçiriləcək.

 

Qeyd edək ki, "Qızıl Top" Fransanın "France Football" jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. 2024-cü ildə mükafatın qalibi "Mançester Siti" klubunun oyunçusu Rodri olub.