"Elon Maskın "peşmanam" açıqlaması verməsi çox xoşdur"

Tarix: 16:47 12.06.2025
ABŞ Prezidenti Donald Tramp, vergi güzəşti ilə bağlı qanun layihəsi səbəbindən sərt mübahisə yaşadığı Elon Maskın "Peşmanam. Çox irəli getdim" açıqlamasına cavab verib. Tramp, "Elon Maskın 'peşmanam' açıqlaması verməsini çox xoş qarşılayıram" ifadələrini işlədib.
Vergi güzəşti layihəsi ilə bağlı mübahisədə ABŞ Prezidenti Trampa sərt tənqidlər yönəldən milyarder iş adamı Elon Mask geri addım atıb. Elon Mask, Donald Tramp haqqında bəzi paylaşımlarından peşman olduğunu bildirib.
Mask, Tramp ilə son günlərdə yaşadığı gərginliklə bağlı X sosial şəbəkəsində paylaşım edib. "Tramp haqqında bəzi paylaşımlarımdan peşmanam" ifadəsini işlədən Mask, həmin paylaşımlarda "çox irəli getdiyini" qeyd edib.
Trampın açıqlamalarına X hesabından cavab verən Mask isə belə yazıb: "Əgər mən olmasaydım, Tramp seçkini uduzardı. Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi və Respublikaçılar Senatda 51-49 üstünlüyə malik olardı". Trampın daha əvvəl X platformasında etdiyi dövlət borcu ilə bağlı paylaşımlarına da toxunan Elon Mask, "Bu adam bu gün haradadır?" və "Böyük Çirkin Qanun büdcə kəsirini əlavə 2,5 trilyon dollar artıracaq!" kimi ifadələr işlədib.
Mask, həmçinin, ictimaiyyətdə "Epşteyn dosyaları" kimi tanınan və azyaşlı qızlara cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə ABŞ Prezidenti Trampın adının da yer aldığını iddia edib.
Haberler.com
Aygün Babayeva