"İrana qarşı əməliyyat hələ indi başlayır"-SAXAL

Bölmə: Dünya › ,
Tarix: 16:49 13.06.2025

"İsrailin İrana qarşı hərbi əməliyyatı yeni başlayır, ölkə Tehrandan cavab addımlarına hazırdır".

 

“İnformator.az” xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat katibi Efi Defrin deyib.

 

"Hazırda SAXAL öz məqsədlərinə çatmaq üçün əməliyyatı həyata keçirməyə davam edir. Eyni zamanda, İsrailin etibarlı müdafiəsini təmin edir", - deyə o bildirib.

 

İranın cavab olaraq İsrailə nə qədər müddətə raket zərbələri endirə biləcəyi ilə bağlı sualı cavablandıran Defrin qeyd edib ki, İsrail əməliyyatı hələ yeni başlayır.

Eyni zamanda o, hərbçilərin cavab hərəkətlərinə hazır olduqlarını vurğulayıb.