Tramp həm ABŞ Prezidenti, həm də İsrail Baş Naziri ola bilər

Bölmə: Dünya › ,
Tarix: 17:05 12.06.2025

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Witkoff bildirib ki, Tramp eyni zamanda həm Amerika lideri, həm də İsrailin baş naziri kimi fəaliyyət göstərə bilər. Witkoff bu fikri İsrailin “United Hatzalah” könüllü təşkilatının tədbirində səsləndirib və Trampı yəhudi xalqının sadiq dostu adlandırıb.

 

“Bu gün burada danışdığım Baş nazir Netanyahuya hörmətsizlik kimi başa düşülməsin, amma düşünürəm ki, prezident Tramp eyni zamanda İsrailin baş naziri ola biləcək ilk prezidentdir”, – deyə Witkoff vurğulayıb.

 

O əlavə edib ki, ABŞ-nin hazırkı administrasiyası İsrailin mövcudluq və rifahını müdafiə etməyə hazırdır və ölkələr bölgədə sülh, girovların azad olunması və İranın nüvə silahı proqramının qarşısının alınması üçün birgə çalışmalıdır.

 

Mənbə :Caliber 

Aytən Ağazadə