İran Məclis Sədri Qalibaf İsrailin ardınca getməkdən əl çəkməyəcəklərini deyib

Tarix: 21:26 13.06.2025
İran Məclis Sədri Məhəmməd Bəqir Qalibaf İsrailin hücumları ilə bağlı belə deyib:
“Yaşayış məntəqələrinə edilən hücum günahkar Sionist rejimin İran xalqının hər bir üzvünün ən vəhşi düşməni olduğunu göstərdi. Sionist rejimin ardınca getməkdən vaz keçməyəcəyik”.
İsrailin hücumları ilə bağlı yazılı bəyanat yayımlayan Qalibaf hücumlara qəti şəkildə cavab veriləcəyini bildirib.
Hücumlarda yaşayış məntəqələrinin hədəf alındığını vurğulayan Qalibaf deyib:
“Günahkar Sionist rejim yaşayış məntəqələrinə hücum edərək insanlığın ən böyük düşməni və İran xalqının hər bir üzvünün ən vəhşi düşməni olduğunu göstərdi”.
“Bu intiqam hər nə şəkildə olursa olsun alınacaq” deyən Qalibaf davam edib:
“Sionist rejimin ardınca getməkdən vaz keçməyəcəyik. Bu işi onlar başladılar, amma inşallah biz bitirəcəyik”.
İsrail səhər çağı İranın paytaxtı Tehran, Təbriz, İsfahan şəhərindəki Natanz nüvə zavodu ilə Luristan və Kirmanşah şəhərlərinə hücumlar təşkil edib.
Hücumlarda İran Baş Qərargah rəisi Tümgeneral Məhəmməd Bakıri, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı Tümgeneral Hüseyn Səlamı və digər yüksək rütbəli hərbi rəsmilər ilə 6 nüvə alimisi həlak olub.
İsrailin Tehrandakı hücumlarında həmçinin mülki yaşayış məntəqələri də vurulub, çox sayda mülki vətəndaş həyatını itirib.
Trt haber
Lalə Qurbanlı