Maliyyə Nazirliyində yeni təyinat

Bölmə: Sosial › ,
Tarix: 13:33 14.06.2025

Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi MMC-nin rəhbəri dəyişib.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.

Məlumata görə, o, bu vəzifədə Elnur İbrahimovu əvəzləyib.

 

Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6 min mnatdır.