İran İsrailə qarşı “ikinci dalğa” raket hücumlarına başlayıb

Bölmə: Dünya › ,
Tarix: 22:24 13.06.2025

İran İsrailə qarşı “ikinci dalğa” raket hücumlarına başlayıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

 

İsrail tərəfi hücum üçün onlarla raketdən istifadə edildiyini açıqlayıb.


"Eşitdiyiniz partlayışlar müdafiə sistemimizin vurduğu raketlərin səsidir. Hava müdafiə sistemi daimi olaraq təhdidləri müəyyən edir və qarşısını alır”, - İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir.