Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 17:24 14.06.2025

Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

 

"İnformator.az" "Report"a istinadən məlumat verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində "BMW" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü A.Əliyevə “saxla” işarəsi verilib.


Hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilən sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib. A.Əliyev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.