SEPAH-ın 8 komandiri öldürülüb-Rəsmi

Bölmə: Dünya › ,
Tarix: 13:44 15.06.2025

İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin hücumları nəticəsində Hərbi Kosmik Qüvvələrinin 8 komandirinin öldürüldüyünü açıqlayıb.

"İnformator.az" xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi saytında məlumat yayılıb.

İnqilab Keşikçiləri Korpusunun yüksək komandanlığının tanınmış üzvləri - Mahmud Bagiri, Davud Şeyxian, Məhəmməd-Bağır Tahirpur, Mənsur Səfərpur, Məsud Tayyib, Xosrov Həsəni, Cavad Coursara və Məhəmməd Ağacəfəri amansız, lakin cəsarətli şəkildə həlak oldular”, - məlumatda qeyd olunub.