İsraildə ölən və xəsarət alanların sayı artıb-Yenilənib

Tarix: 13:46 15.06.2025
İranın Təl-Əviv ətrafındakı yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.
“İnformator.az” xəbər verir ki, bu haqda “Times of Israel” məlumat yayıb.
Məlumata görə, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var.
Daha 137 nəfər yaralandığı, təxminən 35 nəfərin itkin düşdüyü bildirilir. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa çalışır.
***
İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, İranın İsrailə hücumlarında 15 nəfər ölüb, 385 nəfər isə yaralanıb.