Trampdan İsrailin İrana hücumuna reaksiya

Tarix: 23:06 14.06.2025
Biz hələ də İranın nüvə problemi ilə bağlı diplomatik həll yoluna sadiqik.
"Administrasiyamın bütün üzvlərinə İranla danışıqlar aparmaq tapşırılıb. İran böyük bir ölkə ola bilər, lakin əvvəlcə nüvə silahı əldə etmək ümidlərindən tamamilə əl çəkməlidir. Bu məsələyə göstərdiyiniz diqqətə görə sizə təşəkkür edirəm!", - ABŞ lideri bildirib.
Mövzu ilə əlaqədar politoloq Turab Rzayev “İnformator.az” a müsahibəsində bildirib ki, ABŞ əslində bu hücumdan xəbərdar olub, böyük ehtimal bunu İsraillə birlikdə koordinasiya edib:
“Çünki açıqlamadan görünür ki, İsrail hücumla bağlı ABŞ-yə məlumat verib. İranın açıq şəkildə oranın artıq 20 faizdən altı faiz üzərində zənginləşdirdiyi detalları ortaya qoyub.
Deyilənə görə ABŞ-də İsrailin təhlükəsizlik qayğılarını başa düşüb. Deyilən budur və burada görünür ki, ABŞ bir tərəfdən özünün hücum dəlili olmadığını bildirir və buna görə də İranın ABŞ hərbi bazalarına sənaye obyektlərinin gəmilərinə hücum və müttəfiqlərinə hücum etməməyə çağırır. Buna Tramp da deyir, digər tərəfdən isə İsrailin təhlükəsizliyinə zamin olduqlarını bildirirlər. Yəni İsrail qoruyacaqlarını bildirirlər. Eyni zamanda İranı danışıqlara çağırırlar. Hətta Tramp açıq şəkildə bildirir ki, yəni ölən genirallar geri qayıtmayacaqlar, amma digərləri ilə danışıqlar aparmaq olar. Amma aydın məsələdir ki, burada ABŞ böyük ehtimal səmimi deyil. Düzdür, ABŞ birbaşa iştirak etməyə bilər, bəlkə də əməliyyatlarda, amma ən azından koordinasiyalı olub və burada da İran artıq danışıqlardan çəkilib, böyük ehtimal danışıqlar alınmayacaq”.
Ekspertin sözlərinə görə, o zaman danışıqlar ərəfəsində bunun edilməsini qınayıb:
“Çünki növbəti raund 15 iyunda idi və İran artıq danışıqlara çəkilib. Böyük danışıqlar olmayacaq. Digər tərəfdən Trampın əslində bu hücumu bildiyi və yaxud buna yandırdığı versiyalar da ola bilər. Çünki Tramp bildirib ki, danışıqlar uğurlu olsa da, uğursuz olsa da, nüvə silahı olmayacaq. Eyni zamanda bildirib ki, İran konstruktiv mövqeyini geri çəkib, danışıqlarda əvvəlki özləri konstruksiya var, narazıdır və bu hücum və yaxud olması əsla İranı bu danışıqlara məcbur etmə və ya ABŞ mövqeyini əməliyyat da ola bilər. Belə deyək, fakt görünən odur ki, indiki halda ABŞ münaqişə istəmir. Açıq şəkildə və çalışırıq ki, İran isralliqa çox ciddi addımlar atmasın. Amma eyni zamanda da İran artıq bu danışıqlarda iştirak edib etməyəcəyi, sual altındadır".
Asiman Vəliyeva