Azərbaycan Kuboku: "Xəzər Lənkəran" və "Qarabağ" qalib gəldi

Bölmə: İdman › ,
Tarix: 18:56 02.03.2016

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

İnformator.az-ın məlumatına görə, "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qəbul edib.

Azarkeşlər birinci hissədə darıxmayıblar. Belə ki, 19 dəqiqə ərzində meydan sahibləri iki dəfə fərqləniblər. Sonra qonaqlardan cavab qolları gəlib - 2:2.

Lakin ikinci hissədə cəmi bir qol qeydə alınıb. 52-ci dəqiqədə İbrahim Qədirzadənin qolu "Xəzər Lənkəran"a qələbə qazandırıb - 3:2.

"Qarabağ" isə "Sumqayıt"ı sınağa çəkib.

Oyunda ilk qol Ağdam təmsilçisindən gəlib - 52-ci dəqiqədə Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirib. 86-cı dəqiqədə Mahir Mədətov yekun hesabı müəyyənləşdirib - 2:0.

"Zirə" doğma meydanda "Qəbələ" ilə qarşılaşır.