Gənclərin sosial şəbəkələrdəki rolu

Tarix: 17:00 18.05.2025
Gənclərin sosial şəbəkələrdə rolu günümüzün aktual məsələlərindən biridir. Sosial şəbəkələr, xüsusilə gənclər arasında, kommunikasiya və informasiya mübadiləsinin əsas vasitəsinə çevrilib. Bu platformalar sayəsində gənclər öz fikirlərini sərbəst ifadə edir, dünyada baş verən yeniliklərdən xəbərdar olurlar.
Eyni zamanda sosial şəbəkələr gənclərin yaradıcılıq potensialını ortaya çıxarmaq, yeni dostluqlar qurmaq və müxtəlif layihələrdə iştirak etmək üçün geniş imkanlar yaradır.
Lakin sosial şəbəkələrin mənfi tərəfləri də mövcuddur. Gənclər burada vaxtlarını səmərəsiz keçirə, yanlış və ya qərəzli məlumatlara məruz qala bilərlər. Buna görə də sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmaq, məlumat mənbələrini seçmək və məsuliyyətlə davranmaq vacibdir.
Nəticə etibarilə, sosial şəbəkələr gənclərin həyatında böyük rol oynayır, onların sosiallaşmasına, məlumatlanmasına və inkişafına kömək edir. Lakin bu platformalardan düzgün və ağıllı istifadə etmək hər bir gəncin vəzifəsidir.
Dəmirova Günel