Mumyalanmış halda cəsədi tapılan alman dənizci ilə bağlı sirr ortaya çıxdı

Bölmə: Maraqlı › ,
Tarix: 16:00 03.03.2016

Flippin sahilində bir qayıqda mumyalanmış cəsədi tapılan alman dənizçi ilə bağlı həqiqətlər ortaya çıxıb.

İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, Manfred Fritz Bajoratın ehtimal edildiyi kimi, illər əvvəl deyil, sadəcə bir həftə əvvəl vəfat etdiyi məlum olub. Cəsədin ekspertizasını həyata keçirən həkimlər Bajoratın cəsədinin tapılmasından 7 gün əvvəl infaktdan öldüyünü bildiriblər.

Almaniya mətbuatı Bajoratın təxminən 20 il əvvəl həyat yoldaşı Klaudia ilə birlikfə qayıqda yaşamağa başladığını və cütlüyün birlikdə bütün dünyanı gəzdiyini yazmışdı. 2010-cu ildə xanımı xərçəngdən vəfat etdikdən sonra Bajorat səyahətə tək davam edib.

Mumyanın radionun yanında olmasını isə dənizçinin son anlarında yardım üçün çağırış etmək istəyi ilə izah edirlər. Cəsədin mumyalanmasına isə duzlu dəniz havası səbəb olub. Bunun nəticəsində cəsəd cürüməyib.