Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb, açarlar təqdim edilib

Tarix: 15:01 24.06.2025
Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan keçmiş məcburi köçkün ailələrinə mənzillərinin açarları təqdim edilib.
"İnformator.az" xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.