Azərbaycan Texniki Universitetində beynəlxalq layihəyəsi uğurla yekunlaşdı

Bölmə: Araşdırma › ,
Tarix: 14:53 30.03.2016

Azərbaycan Texniki Universitetinin (AzTU) ESTIEM LG Baku “Europe3D Azerbaijan” layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrindən 25 tələbə Bakıya gələrək ölkəmiz haqqında müxtəlif informasiyalar əldə edib.

Universitetdən İnformator.az-a bildiriblər ki, 1 həftə davam edən layihədə Azərbaycanın iqtisadi, siyasi və mədəni təqdimatı keçirilib. Təlimlərdə iştirak edən xarici tələbələr tariximiz, iqtisadiyyatımız və mədəniyyətimiz ilə yaxından tanış olub.

AzTU-nun nəzdində fəaliyyət göstərən “ESTIEM LG Baku”nun təşkilatçılığı ilə reallaşan forumda əsasən mühəndislik və menecment ixtisasları üzrə təhsil alan tələbələr iştirak edib. Forum çərçivəsində iştirakçı tələbələrin Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, elm adamları ilə görüşləri və bəzi məkanlara ekuskursiyalar da baş tutub.