Türk Dünyası Araşdırmaları Vəqfi: "Ermənistan Türk dünyasını bölmək üçün qurulub"

Bölmə: Araşdırma › ,
Tarix: 15:25 11.04.2016

Elnur Eltürk

Aprelin ilk günlərindən ermənilərin təmas xəttində təxribat hərəkətlərinə yol verməsi və onlarla insan ölümünə səbəb olan hərbi əməliyyatlar günümüzdə dünyadakı bütün sülhsevər təşkilatlar və qurumlar, dövlətlər tərəfindən pislənilir və işğalçı ölkənin tezliklə Azərbaycan ərazilərini boşaltması tələb olunur. Xüsusilə qardaş Türkiyə dövləti, bu ölkədə fəaliyyət göstərən qeyrri-hökumət təşkilatları, ictimai-siyasi xadimlər Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının vacib olduğunu bildirirlər.  

Türk Dünyası Araşdırmaları Vəqfi də bu günlərdə Ermənistanın təmas xəttində təxribatlara əl atması cəhdlərini pisləyən bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, tezliklə Qarabağda sülhə nail olunmalı, Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad edilməlidir: “ Qarabağ; iskitlər, hunlar, xəzərlər, elxanilər, səlcuqlular, səfəvilər, osmanlılar, Qarabağ Xanlığı və Azərbaycan Xalq Cümhuriyyəti dönəmlərində birmənalı olaraq Türklərin hakimiyyətində olan bir Türk yurdudur. Türk millətinin bir özəlliyi də ondan ibarətdir ki, bütün tarixi boyunca sahib olduğu coğrafiyalarda insanların dininə, dilinə, mədəniyyətinə heç bir müdaxilə etməyib; müxtəlif səbəblərdən ona sığınanlara əl tutub, onları yedirdib, içirdib, ev, yurd sahibi edib. Lakin torpağımızda ev-yurd sahibi etdiyimiz, əl tutduğumuz insanlar bir müddət sonra bəzən öz məkrli iddiaları, bəzən də müstəmləkəçi dövlətlərin əli ilə millətimizə qarşı böyük xəyanətlər və düşmən münasibət ortaya qoyublar. Qarabağ erməniləri də bunun açıq bir örnəyidrr. XIX əsrin əvvəllərindən bu bölgəyə mühacir olaraq gələn və ya xüsusi olaraq yerləşdirilən ermənilər o gündən etibarən Rusiya, Qərb imperialistləri, ümumiyyətlə Türk düşməni olan ölkələrin dəstəyi ilə gizli şəkildə təşkilatlanaraq məkrli planlarının icrasını həyata keçirməyə başlayıblar. 1992-ci il, fevralən 26-da Rusiyanın hərbi qüvvələrinin dəstəyi ilə Xocalıda Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım bu planın tərkib hissələrindən biri idi. Bu azmış kimi ermənilər bir qədər sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən ərazilərini işğala məruz qoyaraq bir milyondan artıq azərbaycanlını evindən, yerindən və yurdundan didərgiin saldılar”.

Türk Dünyası Araşdırmaları Vəqfi təəssüf hissi ilə qeyd edir ki, bütün dünya, sözdə insan haqlarından bəhs edən Avropa, ABŞ, Rusiya, Çin, İslam ölkələri, BMT bu soyqırım və talana seyrici qaldı, Türk qardaşlarindan başqa heç bir güc ciddi mənada Azərbaycanın yanında olmadı: “Bu hadisələrdən, işgal faktının üzərindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq nə Ermənistan işğaldan əl çəkərək sülhə doğru bir addım atıb, nə də dünya birliyi, BMT, ATƏT, MDB və digər oxşar qurumlar Ermənistanı bu işgal və təcavüz siyasətindən uzaqlaşdırmaq üçün ciddi, addımlar atıblar. Bunu fürsət bilən ermənilər isə işğal etdikləri Azərbaycan torpaqlarına əbədi olaraq sahiblənmək üçün əlindən gələn bütün imkanlardan istifadə edirlər. Qardaş Azərbaycan Cümhuriyyəti bütün hüquqi vasitələrdən istifadə edərək vətəninin bütövlüyünü gücləndirib, qoruumaq üçün, tabii olaraq ölkə daxilində vəı xaricində siyasi, iqtisadi və hərbi qüdrətini artırır və əlindən gəldiyi qədər məsələnin beynəlxalq hüquq və prinsiplər çərçivəsində həllinə çalışır. Ermənistan isə bunun əksinə olaraq sülh prosesindən uzaqlaşır və işğalçılıq siyasətini daha da inkişaf etdirməyi hədəfləyir”.

Türk Dünyası Araşdırmaları Vəqfi hesab edir ki, xain ermənilərin təxribat hərəkətlərinin nəticəsi olaraq apreli ayının əvvəllərindən meydana çıxan hərbi əməliyyatlar zamanı azərbaycanlı qardaşlarımız, şəhidlərə beynəlxalq səviyyədə olan sayğısızlıq qəbuledilməzdir”. Türk Dünyası Araşdırmaları Vəqfi bəyan edir ki, hazırda Qarabağ problemi ətrafında oynanılan oyun yüz illəri əhatə edən imperialist bir qurğudur: “Oyunçu da həmin qurğuya çox uyğundur. Ermənistan Türk Dünyasını bölmək üçün qurulub. Zəngəzur, Qarabağ bu oyunun bir parçası, . Azərbaycan isə bu davanın haqlı tərəfidir və öz haqlarını bütün imkanlardan istifadə edərək qorumaq, onu müdafiə etmək, işğal altında olan ərazilərini azad etmək istiqamətində fəaliyyətləri davam edəcək. Nəticə etibarilə min illərlə işğal altında olan torpaqlarını işğaldan qurtaracaq. Qardaş Türkiyə də Azərbaycanın haqlı davasının arxasında sonuna qədər dayanmağa davam edəcək. Hesab edirik ki, dünyada insanlığı unutmamış hər ölkəsi millət də bu haqq işi uğrunda əlindən gələni əsirgəməməlidir”. Bəyanatın sonunda bütün ömrünü Türk Dünyasının birlik və bərabərliyinə sərf etmiş professor doktor Turan Yazqanın fikirləri əks olunur: “Azərbaycan və Türkiyə arasında Elçibəy dönəmində başlayan və daha da inkişaf edən əlaqələrdən əndişələnən Qərb və Rusiya Ermənistanı dəstəkləyərək ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə şərait yaratdılar. Özünü mədəniyyət beşiyi olaraq təqdim etməyə çalışan Qərb dünyasından və ya özünü güc elan edənlərdən heç biri tərəfindən Ermənistandan hesab sorulmur. Bu işğalin yaratdığı ən önəmli nəticə Türklərin ağıllı şəkildə birləşməsi, əməkdaşlıq etməsi və qarşılarındakı əngəlləri aradan qaldırması olmasıdır.”