Çimərliklərdə hava necə olacaq?

Tarix: 13:49 01.07.2025
İyulun 2-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "İnformator.az"a verilən məlumata görə, mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.