Litvadakı soydaşımız verilişdə bu məsələdən danışıb

Bölmə: Dünya › ,
Tarix: 16:59 01.07.2025

Litva Milli Radiosunda 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə təşkil olunan verilişdə mədəniyyətlərarası dialoq və Litvada miqrantların cəmiyyətə inteqrasiyası mövzusunda geniş müzakirə aparılıb.

"İnformator.az" xəbər verir ki, verilişdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatının (IOM Lithuania) nümayəndələri ilə yanaşı, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru Nərmin Əliyeva da iştirak edib.

Nərmin Əliyeva 8 ildən çoxdur ki, Litvada əcnəbilər və yerli icmalar arasında körpü rolunu oynayan mədəni tədbirlər təşkil etdiyini bildirib. Hər il təşkil olunan Novruz bayramı tədbirlərinin artıq yalnız Azərbaycan diasporu üçün deyil, eyni zamanda Litva cəmiyyəti üçün də əhəmiyyətli mədəniyyət bayramına çevrildiyini deyib. Novruz adət-ənənələrinin yerli əhali arasında böyük maraqla qarşılandığını vurğulayıb.

 

O, Litva ictimaiyyətində mədəni müxtəlifliyə marağın artdığını və cəmiyyətin daha açıq, tolerant olduğunu qeyd edib.