"Qarabağ" "Zirə" ilə qarşılaşıb

Bölmə: İdman › ,
Tarix: 21:27 01.07.2025

"Azərbaycan Premyer Liqasının yeni mövsümdə komanda sayının artırılması ilə bərabər çox maraqlı və gərgin bir mübarizəni gözlədiyini demək olar. Xüsusilə region komandalarının Premyer Liqaya vəsiqəsi futbolun regionlara daşınması üçün çox önəmli amillərdən biridir. Amma təəssüflər olsun ki, 1-ci Liqadan 2-ci Liqaya yüksələn region təmsilçilərin hələ də müəyyən maddi texniki baza cəhətdən çatışmazlıqları var".

 

Bu sözləri CBC Sport kanalının və Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, meydança amili, transfer siyasətindəki uyğunsuzluqlar və sairə onların mövcud vəziyyətini Premyer Liqaya hansı formada təsir göstərəcəyində şüphə yaradır:

 

""Qarabağ" və "Zirə" ötən mövsüm çempionatın ən formada olan kollektivləri olub. Onsuz da turnir cədvəlindəki vəziyyət də onu deyir. "Qarabağ"ın əsas hədəfi bu mövsüm Çempionlar Liqasının digər mərhələsində yer almaqdır. Bütün azərkeşlər, futbol ictimaiyyəti "Qarabağ"dan ancaq onu gözləyir.


"Zirə” heyətinin aparıcı üzvlərini itirməkdə davam edir, ötən mövsüm həmin futbolçuların getməsi komandaya çox ciddi təsir göstərib. Bu heyət itkisi və onları sığortalaya biləcək oyunçu profillərinin yoxluğu "Zirə"nin yeni mövsüm öncəsi yeni sual işarələri yaradır. O, ötən mövsüm ən hazır, diri olan komandalardan biridir.


Hər iki komanda yoldaşlıq görüşündə üz-üzə gəldi. Əslində temp, sürət olaraq arzuolunan bir matç olmasa da, tərəflərin, məşqçilərin taktiki-texniki cəhətdən nələr edə bilərik sualını cavablandırdığı bir matç idi. Hər iki komandanı gələcəkdə çox ciddi və ağır bir təlim-məşq prosesləri gözləyir.


"Qarabağ" Avstriyaya yollanır, "Zirə" Türkiyəyə gedir. Odur ki, maraqlı yeni mövsüm öncəsi klublarımızın hazırlıq planı bu istiqamətdədir. Bəzi klublar hələ də bəzi maliyyə problemləri ilə üz-üzədir. Bütün bunlar isə gələcək Premyer Liqanın rəqabətli olacağını göstərir".

 

Zəhra Möhübbətova