"Fatih Karagümrük" Marcel Licka ilə anlaşma əldə edib

Tarix: 21:31 01.07.2025
Trendyol Süper Ligin yeni komandalarından olan "Fatih Karagümrük", çexiyalı baş məşqçi Marcel Licka ilə razılığa gəlib.
Klubdan verilən açıqlamada, 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilib.
Licka, karyerası ərzində bundan əvvəl "Dynamo Brest", "Orenburg" və "Dinamo Moskova" komandalarına başçılıq edib.
Mənbə: TRT Haber
Nigar Həsənzadə