Qarabağa doğru addım-addım

Bölmə: Araşdırma › ,
Tarix: 14:29 20.04.2016

Vəliyeva Nuray, BDU Filologiya fakültəsi IVkurs tələbəsi

Hər bir azərbaycanlının qəlbində yaşatdığı böyük və dözülməz bir yara var- Dağlıq Qarabağ !

Azərbaycan sosial statusu ilə dünya arenasında öz sözünü demiş ölkələrdəndir.Bunu istər neft sektorunda, istər iqtisadiyyat, istərsə də digər güc strukturunda gördüyü yeniliklərdə görə bilərik. Lakin bunların hər birinin zirvəsində onun ordusu – güclü Silahlı Qüvvələri təşkil edir. Həm hərbi güc baxımından ordumuz yüksək keyfiyyətlərə malikdir. Bəli, müharibə şəraitində yaşayan bir ölkə ücün bu adi haldır.Yalnız orduya ayrılan büdcəmiz ermənistanın dövlət büdcəsindən qat-qat artıq olması Ali Baş Komandan- İlham Əliyevin hərbi qüvvələrimizə olan böyük qayğısından irəli gəlir. Bundan əlavə, Azərbaycan 2011 və 2013-cü illərin 26 iyun Sillahlı Qvvələr günündə keçirilmiş hərbi paradda nümayiş etdirdiyi hərbi tenika, düşmənə istənilən an layiqincə cavab verə biləcək qüdrətli Azərbaycanın timsalıdır. Elə bu səbəbdən deyilmişdir ki, “Torpaq uğrunda ölən varsa, - Vətəndir! ” .

Vətənin bu inkişafında təməl daşlardır - Azərbaycan əsgəri, Azərbaycan şəhidi. Aprel ayının 2-də Azərbaycanın təmas xəttinin atəşə tutması nəticəsində layiqli cavab zərbələri ilə düşəm qüvvələri susdurulmuşdur. Bu son hadisələr ilə Azərbaycan öz taixinə şanlı səhifələrdən birini də əlavə etmişdir. Bir neçə gün davam edən mübarizə nəticəsində Azərbaycan ordusu düşmənin xeyli əsgərini zərərsizləşdirmiş, öz torpaqlarının Horadiz şəhərini təhlükədən qorumaq məqsədilə Füzuli istiqamətində geniş ərazini nəzarətdə saxlamağa imkan verən “Lələ-təpə” yüksəkliyini, Goranboy və Naftalan şəhəri üçün təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan və Madagiz məntəqələrini düşməndən tamamilə təmizləmişdir. Düzdür, bu şanlı səhifələr xalqımıza şəhid verməklə yazıldı. Bu mübarizədə şəhid versək də nə ordumuz, nə də xalqımız ruhdan düşmədi və günü bugün də Ali Baş Komandanın müharibə əmirnə əmrinə hazırdır. Xalq öz şəhiini onun adına layiq son mənzilə də yola saldı. Bu sahədə düvlət nəzarəti çərçivəsində cinsindən, sosial statusundan, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlı iştirak edib, öz şəhidi qarşısında dərin ehtiram əlaməti olaraq, onların ruhları qarşısında baş əymişdir. Azərbaycan xalqı hər zaman müharibəyə hazırdır, lakin bu torpaqlar anaların göz yaşları, xalqın matəmi ilə deyil sülhlə razılaşma ilə geri alinacaq. Bu Azərbaycan xalqının daim qanunlar çərçivəsində adim atması və onun sülhməramlı mövqeyi ilə bağlıdır. Qısa müddətli mübarizə nəticəsində atəşkəs imzalansa da nu Azərbaycan xalqının geri çəkilməsi deyildir. “Azərbaycan atəşkəs imzaladı.Ermənilər bu atəşkəsi pozmasınlar, otursunlar oturduqları yerdə ” deyən Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev ermənilərin atəşkəsi pozduğu təqdirdə layiqli cavab alacağını xüsusilə vurğulaması Azərbaycanın öz torpaqlarının hər bir qarışını geri alacağını birmənalı şəkildə bildirmişdir. Bütün bunların nəticəsi olaraq hər bir azərbaycanlının bir amalı, qəlbində yaşatdığı və bütün dünyaya çatdırmaq istədiyi və dediyi bir şüar var: “Qarabağ bizimdir, bizim olacaq!...”