Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək

Bölmə: Sosial › ,
Tarix: 16:01 02.07.2025

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsini birgə təşkilatçılığı ilə iyulun 5-i Aşura Günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək.


"İnformator.az" xəbər verir ki, bunu nazirliyin Respublika Qan Bankının həkimi Günel Əliyeva bildirib.

 

O qeyd edib ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunacaq:

 

"Bu il ilk dəfə azad edilən ərazilərdə - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində qanvermə aksiyası keçiriləcək. Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var”.