Bakıda kişi cüdoçular arasında Liqa yarışının II turu keçiriləcək

Tarix: 17:10 02.07.2025
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində kişi cüdoçular arasında Liqa yarışının II turu keçiriləcək.
Bu barədə "İnformator.az"a Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İyulun 4-də startı veriləcək yarışda 41 klub və idman cəmiyyətlərindən olan 222 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə kişilər arasında Liqa yarışının II turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.