"Bandırmaspor"da hədəf çempionluqdur

Bölmə: İdman › ,
Tarix: 19:41 02.07.2025

"Trendyol 1. Lig" play-off finalında "Fatih Karagümrük"ə məğlub olaraq "Süper Lig"in qapısından dönən "Bandırmaspor", yeni mövsümə çempionluq hədəfi ilə hazırlaşır.

 

"Bandırmaspor"da hədəf çempionluqdur

 

Keçirilən fövqəladə ümumi yığıncaqdan sonra "Bandırmaspor"un yeni prezidenti seçilən Murat Karakoyun, mövsümöncəsi hazırlıqlarla bağlı Onur Göçmez Tesislerində rəhbərliklə bir araya gəlib.

 

"Karakoyun", "Bandırmaspor"un böyük bir camia olduğunu bildirərək, Onur Göçmezdən təhvil aldıqları vəzifəni daha da irəli aparmaq istədiklərini qeyd edib.

 

Uğurlu bir mövsümü geridə qoyduqlarını və "Bandırmaspor"un bayrağını yerə salmayacaqlarını vurğulayan Karakoyun belə deyib:

 

“Komandamız final matçına qədər 16 oyun məğlub olmadan gəlib, finalda isə əlavə vaxtda buraxdığımız səhv qolla uduzduq. "Bandırmaspor"un haqqını ilk oyundan etibarən qoruyacağıq və çempion olacağıq. Bizim hədəfimiz aydındır, bu işi bu yerə qədər gətirmişik, komandamızı əsla aşağı sıralarda və ya düşmə xəttində görməyəcəyik. Biz çempion olacağıq, çünki komandamız davam edir. 5-6 əlavə transfer edəcəyik. Əksiklərimizi bilirik, mütləq "Süper Lig"ə çıxacağıq. Hədəf – çempionluqdur".

 

 

 

Yeni mövsümdə baş məşqçi Mustafa Gürsellə yola davam edəcəklərini deyən Karakoyun, həmin məşqçinin "Bandırmaspor"da uğurlu olduğunu və iki final oynatdığını da xatırladıb.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə