Emin Rusiyadakı konsertini ləğv edib

Bölmə: Maraqlı › ,
Tarix: 10:38 03.07.2025

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.

"İnformator.az" "Axşam.az"a istinadla xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.

Emin məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib.

 

Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.