Prezident Ərdoğan sabah Azərbaycana gələcək

Tarix: 16:37 03.07.2025
Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirak etmək üçün sabah Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.
Kommunikasiya direktoru Fahrettin Altun, prezident Ərdoğanın sabah Azərbaycana gedəcəyini açıqlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirak etmək üçün 4 iyul 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək. “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə əsasən iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və Təşkilat islahatları müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılacaq. Fahrettin Altun prezident Ərdoğanın sammitdə çıxış edəcəyini və liderlərlə görüşlər keçirəcəyini açıqlayıb. Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, ŞKTC də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
TRT haber
Ayşən Səlimova