Qaçqınkomun sabiq sədr müavini ölüb

Bölmə: Hadisə › ,
Tarix: 12:10 03.07.2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədr müavini Gəray Fərhadov vəfat edib.

"İnformator.az" Unikal.az-a istinadən xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

Xatırladaq ki, Gəray Fərhadov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.