Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Bölmə: Dünya › ,
Tarix: 12:04 04.07.2025

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2 370 şagirdi ümumi orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.


Bildirilib ki, ümumi orta təhsil haqqında fərqlənmə attestatı ümumi orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.