Azərbaycanın ixracında neftin payı azalır

Bölmə: Dünya › ,
Tarix: 12:05 04.07.2025

Bu ilin yanvar-may aylarında Azərbaycanın ixracında neftin payı 56%-dən 51%-ə düşüb.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə Dünya Bazarı Araşdırmaları İnstitutunun (IIMR) “Diversifikasiya və asılılıq arasında: Azərbaycanın çoxvektorlu siyasətinin məhdudiyyətləri” adlı hesabatında qeyd olunub.


Hesabatda bildirilir ki, bu azalma xüsusilə Rusiya neftinin idxalında yaranan boşluqla əlaqələndirilir. Azərbaycan neft idxalının 90%-ni Rusiya təmin edir və bu asılılıq azaldıqca, neftin ixracdakı ümumi payı da tədricən azalır.