Hollandiyada mühacirət qanunları sərtləşdirilib

Tarix: 14:30 04.07.2025
Hollandiya parlamenti sığınacaq axtaranlara qarşı iki sərt qanun layihəsini qəbul edib. Yeni qanunlara görə, müvəqqəti sığınacaq icazəsi 5 ildən 3 ilə endirilir, yeni icazələrin verilməsi dayandırılır və ailə birləşməsi çətinləşdirilir.
Qanun layihəsinə əlavə olunan və sənədsiz miqrantlara yardım göstərən şəxsləri cinayət məsuliyyətinə cəlb edən bənd mübahisələrə səbəb olub.
Xristian Demokratlar bu bəndə görə dəstəklərini geri çəkib. Qanun layihəsi Senatın təsdiqini gözləyir.
Euronews
Billurə Quliyeva