Rusiya ilə Azərbaycan arasında gərginlik artır

Tarix: 16:14 04.07.2025
İyun ayında Rusiyanın Yekaterinburq şəhərində Rusiya polisinin keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının ölümü Bakı ilə Moskva arasında son zamanların ən ciddi gərginliyini yaradıb.
Azərbaycan iki vətəndaşının ölümündə günahkar olanların cəzalandırılmasını tələb edib. İyulun 2-də Rusiyanın Bakıdakı səfiri Rusiya polisinin “qanunsuz fəaliyyətinə” etiraz etmək üçün çağırılıb və Moskva ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edilib.
Rusiya da adını çəkmədiyi “müəyyən qüvvələrin” iki ölkə arasında münasibətləri pozmağa çalışdığını bildirib və Bakını bu münasibətləri düzəltməyə çağırıb. Gərginlik Yekaterinburqda iki azərbaycanlı qardaşın qətl istintaqı çərçivəsində polis tərəfindən saxlanıldıqdan sonra ölməsi ilə başlayıb.
Rusiya rəsmiləri qardaşlardan birinin infarktdan öldüyünü bildirsə də, digərinin necə öldüyünü açıqlamayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiya səfiri ilə görüşdə Rusiyanın verdiyi bəyanatın qurbanların cəsədlərində açıq-aşkar zorakılıq əlamətlərinə və məhkəmə-tibbi ekspertiza rəylərinə zidd olduğu vurğulanıb.
BBC News
Aysel Mirzəyeva