İzmirin Çeşme bölgəsində meşə yanğını nəzarət altına alınıb

Tarix: 16:16 04.07.2025
İzmirin iki rayonunda yanğınlarla mübarizə davam edir.
Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı iyulun 4-də səhər saatlarında verdiyi açıqlamada Çeşmə yanğınının "tamamilə nəzarət altına alındığını" açıqlayıb.
Nazir Yumaklı bildirib ki, Ödəmiş və Buca rayonlarında yanğına müdaxilə intensiv şəkildə davam edir. Ödəmişdə baş verən yanğında 2 nəfər həyatını itirib.
İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay Əliağa, Kiraz və Səlcuqda yanğınların söndürüldüyünü açıqlayıb. İzmir valisi Süleyman Elban iyulun 3-də verdiyi açıqlamada Çeşmə və Ödəmişdəki yanğınlarla mübarizə üçün 9 təyyarə və 22 helikopterdən istifadə edildiyini, quruda da işlərə 1100-ə yaxın texnika və 6000 personalın cəlb edildiyini bildirib.
BBC News
Aysel Mirzəyeva