Prezident Ərdoğan: -"Sıfır Tulantı" layihəsi gücümüzə güc qatır

Tarix: 16:26 04.07.2025
Prezident Rəcəb Tayyib Ərdoğan, "Qlobal səviyyəyə qaldırılan Sıfır Tullantı layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır. Layihənin başlanğıcından bu yana təxminən 6 milyon ton istixana qazı emissiyasının qarşısını aldıq" deyib.
Prezident Ərdoğan Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında çıxış edib. Ərdoğan çıxışının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına zirvə toplantısına ev sahibliyi etdiyinə görə təşəkkür edib və deyib: "İclasımızın işğaldan azad edilmiş Xankəndidə keçirilməsi zirvə görüşümüzə xüsusi əhəmiyyət və məna verir. Mən qardaşım İlhamın uzaqgörən yanaşması ilə bu qədim şəhərin Casusun yeni inkişafı və sülh mərkəzinə çevriləcəyinə ürəkdən inanıram".
TRT haber
Ayşən Səlimova