ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb

Tarix: 08:56 05.07.2025
ABŞ Prezidenti Donald Tramp "TikTok" sosial şəbəkəsinin Çinin "ByteDance" şirkətindən alınması ilə bağlı müqavilənin demək olar ki, hazır olduğunu bildirib.
"İnfromator.az" “Report” a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Vaşinqton Pekinlə iyulun 7 və ya 8-də müzakirələrə başlamaq niyyətindədir. "Bizim müqaviləmiz demək olar ki, hazırdır. Yəqin ki, Çindən razılıq alacağıq. Bu, dəqiq deyil, amma ehtimaldır", - Amerika lideri Nyu Cersiyə gedərkən təyyarəsində jurnalistlərə deyib.