Azərbaycan boksçusundan bürünc medal

Tarix: 15:54 05.07.2025
Qazaxıstanın paytaxtı Astanada boks üzrə dünya kuboku davam edir.
"İnformator.az" "QOL.az"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Sübhan Mamedov (50 kq) yarışda bürünc medala yiyələnib.
Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Sübhan Mamedov turnirin yarımfinalında Sanjar Taşkenbaya (Qazaxıstan) uduzub. Nəticədə o, dünya kubokunu bürünc medalla başa vurub.