“Qəbələ” “Əl-Əhli”dən futbolçu alıb

Tarix: 14:24 06.07.2025
Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, anqolalı sağ vinger Paulo Quimbila “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Paulonun son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.
Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu və İsaak Amoahı heyətinə qatıb.