Afrikalı sprinter ABŞ-də yeni dünya rekordu müəyyənləşdirib

Bölmə: İdman › ,
Tarix: 16:12 06.07.2025

Keniyalı yüngül atlet Feyt Kipyeqon 1500 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, idmançı bunu ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən "Diamond League"da reallaşdırıb.

 

O, 3 dəqiqə 48,58 saniyə nəticə göstərərək rekorda imza atıb. Əvvəlki rekord da Kipyeqona məxsus idi, o, 2024-cü ildə Parisdə keçirilən Olimpiadada 3 dəqiqə 49,04 saniyə nəticə göstərmişdi. Qeyd edək ki, 31 yaşlı idmançı 1500 metr məsafəyə qaçış üçzə üçqat olimpiya və dünya çempionudur. O, həmçinin 5000 m məsafəyə qaçışda dünya çempionatının qızıl medalını (2023) qazanıb.