Kateqoriyasız “Qalatasaray” “İnter”lə danışıqlara başlayıb

Bölmə: İdman › ,
Tarix: 14:47 06.07.2025

“İnter”in futbolçusu Hakan Çalhanoğlu ölkəsində çıxış edə bilər.


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, futbolçu bir müddətdir “Qalatasaray”ın maraq dairəsindədir. 

 

İstanbul nəhəngi artıq “İnter”lə rəsmi danışıqlara başlayıb. 31 yaşlı orta xətt oyunçusu özü “Qalatasaray”ın formasını geyinməyə isti yanaşır.


Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından “İnter”də çıxış edir.